İDMAN ÖZ XƏBƏR

Mayk Taysonun uçuş zamanı tibbi yardıma ehtiyacı olub

Boks üzrə ağır çəkidə keçmiş dünya çempionu Mayk Tayson Mayamidən Los Ancelesə uçarkən  tibbi yardım tələb edib.

32gun.az bildirir ki, bu barədə NY Post məlumat yayıb .

Mənbənin sözlərinə görə, idmançının xorasının kəskinləşməsi səbəbindən başı gicəllənib və qusub. Daha sonra Taysonun komandası səhhətinin yaxşılaşdığını bildirib.

"Mayk ona kömək edən tibb işçilərinə minnətdardır" deyib.

Taysonun növbəti döyüşü 20 iyun 2024-cü ildə bloger Ceyk Polla keçirəcək. Döyüş ABŞ-ın Arlinqton şəhərindəki A&T Stadiumunda baş tutacaq.

57 yaşlı Mayk Tayson sonuncu dəfə rinqə 28 noyabr 2020-ci ildə kiçik Roy Consla sərgi döyüşü çərçivəsində çıxmışdı. Döyüş iki dəqiqəlik səkkiz raund davam edib. Görüş ayrılıqda heç-heçə başa çatıb. Peşəkar karyerasında Mayk Tayson 58 döyüş keçirib və bu döyüşlərdə iki məğlubiyyətlə 50 qələbə (44-ü nokautla) qazanıb. Daha iki döyüş etibarsız sayılıb.

27 yaşlı Ceyk Paulun 10 boks görüşü var, onun doqquzunda qalib gəlib.
Nilay

Oxşar Xəbərlər