İDMAN

Tennisçi Medvedev: Olimpiadaya özüm üçün gedəcəm

Rusiyalı tennisçi Daniil Medvedev Parisdə keçiriləcək Olimpiadada əlindən gələni edəcəyini bildirib.

32gun.az bildirir ki, bu barədə Peşəkar Tennis Assosiasiyasının (ATP) mətbuat xidməti xəbər verib. 

“Neytral idmançı kimi iştirak etməyin düzgün olub-olmadığını söyləmək mənə yaraşmaz. Amma mən Oyunlara özüm üçün gedəcəyəm və əlimdən gələni edəcəyəm”, - Medvedev bildirib.

2022-ci il fevralın sonunda BOK beynəlxalq idman federasiyalarına müraciət edib və onlara Rusiya və Belarus idmançılarını heç bir yarışa buraxmamağı tövsiyə edib. Lakin dekabrda BOK Rusiya və Belarusa 2024-cü il Olimpiadasında neytral statusda iştirak etməyə icazə verib. 2024-cü il Olimpiadası iyulun 26-dan avqustun 11-dək Parisdə keçiriləcək.

Martın 6-da Beynəlxalq Tennis Federasiyası (ITF) Rusiya və Belarus tennisçilərinin 2024-cü ildə Fransada keçiriləcək Yay Olimpiya Oyunlarında neytral statusda iştirakına icazə verilməsi barədə qərar qəbul etdiyini açıqlayıb. Rusiya və Belaruslular əvvəllər Beynəlxalq Olimpiya Komitəsinin (BOK) tərtib etdiyi neytral idmançı prinsiplərinə əməl etsələr, 2024-cü il Olimpiadasında yarışa biləcəklər.

Ayxan 

Oxşar Xəbərlər