İDMAN ÖZ XƏBƏR

Tennis üzrə SSRİ çempionu vəfat edib

Sovet tennisçisi və idman jurnalisti Anna Dmitriyeva 83 yaşında Moskvada vəfat edib.

32gun.az bildirir ki, bu barədə jurnalist  Yuri Rost Telegram kanalında məlumat verib.

“İnanılmaz gözəlliyə malik olan Anna Dmitriyeva vəfat etdi. İllərdir ki, ən yaxın ürək dostum. Boşluq boğulur. Gözəl qadın, böyük tennisçi, görkəmli televiziya idman şərhçisi və ən yaxşı idman proqramlarının təşkilatçısı. Savadlı, hər şeyi incə anlayan, ağıllı, səbirli,” Rost yazıb.

Dmitriyeva tennis üzrə SSRİ-nin əməkdar idman ustası, tək, qarışıq və qoşa yarışlarda 18 qat SSRİ çempionudur. 1964-cü ildə Avropanın ən güclü tennisçilərinin reytinqində üçüncü yeri tutdu. 2004-cü ildə Rusiya Tennis Şöhrət Zalına daxil edilib.

1975-ci ildən televiziyada idman şərhçisi, 1993-cü ildən isə NTV-də işləyir. 2004-2010-cu illərdə NTV-Plus idman kanallarının direktoru olub.

Ayxan 

Oxşar Xəbərlər