İDMAN ÖZ XƏBƏR

BOK Olimpiadaya buraxılan tennisçilərin adlarını açıqlayıb

Beynəlxalq Olimpiya Komitəsi (BOK) Paris Olimpiadasında iştirak hüququ qazanan tennisçilərin siyahısını açıqlayıb.

32gun.az bildirir ki, Siyahı  təşkilatın saytında dərc olunub. 

Daniil Medvedev , Andrey Rublev , Karen Xaçanov , Yekaterina Aleksandrova və Mirra Andreeva , Roman Safiullin , Daria Kasatkina , Lyudmila Samsonova , o cümlədən belaruslular Arina Sabalenka və Viktoriya Azarenka Olimpiadaya buraxılıblar .

2023-cü ilin dekabrında BOK Rusiya və Belarusun 2024-cü il Olimpiadasında neytral statusda iştirakına icazə verib. 2024-cü il Olimpiadası iyulun 26-dan avqustun 11-dək Parisdə keçiriləcək.

Martın 6-da Beynəlxalq Tennis Federasiyası (ITF) Rusiya və Belarus tennisçilərinin 2024-cü ildə Fransada keçiriləcək Yay Olimpiya Oyunlarında neytral statusda iştirakına icazə verilməsi barədə qərar qəbul etdiyini açıqlayıb. Ruslar və belaruslar əvvəllər BOK tərəfindən tərtib edilmiş neytral idmançı prinsiplərinə əməl etsələr, 2024-cü il Olimpiadasında yarışa biləcəklər.

Ayxan 

Oxşar Xəbərlər