Moskva "Spartak"ı hücumçu Aleksandr Sobolevlə 20 milyon avroya ayrılmağa hazır deyil.
32gun.az xəbər verir ki, bu barədə insayder İvan Karpov məlumat verib.
Mənbənin sözlərinə görə, “ağ-qırmızılar”ın rəhbərliyi peterburqlulardan 30 milyon avro tələb edir, hazırda danışıqlar dayandırılmayıb, tərəflər müzakirə mərhələsindədir.
Rusiya çempionatının başa çatan mövsümündə Sobolev 27 oyun keçirib, beş qol vurub.
“Zenit” son turda “Rostov”a 2:1 hesabı ilə qalib gələrək (57 xal) 2023/24 mövsümündə ölkə çempionu olub. “Krasnodar” “Dinamo”nu 1:0 hesabı ilə məğlub edərək, ikinci olub.
Spartak aprel ayında Gilyermo Abaskalın baş məşqçi postundan qovulub . Bundan sonra bosniyalı Vladimir Sliskoviç komandanın müvəqqəti baş məşqçisi olub. “Qırmızı-ağlar” 50 xal toplayaraq mövsümü Rusiya çempionatının turnir cədvəlində beşinci pillədə başa vurub. Eyni zamanda, hələ çempionat başa çatmamış “qırmızı-ağlar” serbiyalı mütəxəssis, “Crvena Zvezda”nın və Ferençvaros Deyan Stankoviçin sabiq baş məşqçisi ilə müqavilə imzaladığını açıqlayıb.
Ayxan