Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek boşanma iddialarından sobra ortaq malikanələrindən əntiq əşyalar satması ilə gündəmə gəliblər.
32gun.az bildirir ki, bu barədə Page Six məlumat yayıb.
Məşhur insayder bildirib ki, Cennifer Lopez və Ben Afflek Los Ancelesdəki ortaq evlərində olan sənət əsərlərini satmaq qərarına gəliblər. Əntiq əşyaların bir hissəsinin iyunun əvvəlində geri alındığı qeyd edilir.
May ayında Cennifer Lopez və Ben Afflekin münasibətlərində ciddi problemlər olduğuna dair şayiələr ortaya çıxdı. Bildirilib ki, aktyor onların malikanəsindən çıxıb kirayə evə köçüb. Eyni zamanda, insayder qeyd edib ki, ixtilafda sənətçinin heç bir günahı yoxdur.
Sonradan məlum olub ki, Cennifer Lopez və Ben Afflek ötən il 60 milyon dollara aldıqları evlərini satmaq üçün rieltor tutublar. İndi məşhurlar malikanə üçün təxminən 65 milyon dollar alacaqlarını gözləyirlər.
İyunun sonunda Cennifer Lopez tətilə çıxıb. Müğənni İtaliyada dostlarının əhatəsində görüntülənib. Eyni zamanda, Ben Afflek uşaqları ilə birlikdə Los-Ancelesdə qaldı. Paparazzi fotosunda müğənni yaxtada çəkilib.
Ayxan