MƏDƏNİYYƏT - ŞOU ÖZ XƏBƏR

"YouTube" rusiyalı sənətçilərin kanallarını bloklayıb

"YouTube" videohostinqi müğənnilər SHAMAN (əsl adı - Yaroslav Dronov ), Oleq Qazmanov , Yuliya Çiçerina , Polina Qaqarina , Qriqori Leps və aktyor Vyaçeslav Manuçarovun kanallarını bloklayıb. 

32gun.az Rusiya KİV-nə istinadən bildirir ki, bundan əvvəl xidmət videolarında Rusiya haqqında danışan iki əcnəbi bloqerin kanallarını silib . Söhbət Saşa Jostun "Sasha Meets Russia" və Fiorella Isabelin "Moskvada Fiorella" adlı "YouTube" kanallarından gedir. Hər iki hesab izahat və ya bərpa imkanı olmadan silinib. 

Fevral ayında "YouTube" Rusiyada İtsyk Tsyperin (əsl adı İqor Tsıba) “Smoke” mahnısının videosuna girişi bloklayıb . Klip platformada 16 milyondan çox baxış toplaya bilib.

Nilay

Oxşar Xəbərlər