DÜNYA
Boşanmaq istəyən arvadını və qayınanasını güllələdi - QANLI CİNAYƏT
Ər arvadını və qayınanasını güllələyib.
"Ölkə.Az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Afyonqarahisarın Əmirdağ rayonunda baş verib.
25 yaşlı Əbdulqadir K. boşanma ərəfəsində olan həyat yoldaş 20 yaşlı Büşra K. və qayınanası Selda Ormantəpəni evlərinin qarşısında ov tüfəngi ilə güllələyib.
Ağır bədən xəsarətləri alan hər iki yaralı hadisə şahidlərinin köməkliyi ilə xəstəxanaya çatıdırlırb.
Zərərçəkən 20 yaşlı Büşra K-nın vəziyyətinin ağır olduğu bildirilib.
Cinayəti törətməkdə şübhəli bilinən Əbdülqadir hadisə yerindən qaçsada kənd qəbristanlığında polis əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırma aparılır.