Steythamın nişanlısı geyiminə görə müzakirəyə səbəb oldu
Ceyson Steythamın həyat yoldaşı, model Rozi Hantinqton-Uaytli axşam paltarı ilə poz verib.
32gun.az bildirir ki, o fotoları "instaqram"da paylaşıb.
Rozi Hantinqton-Uaytli dar ağ paltarda büstqaltersiz pozalar verib. Saçları aşağı salınıb, ona Hollivud qıvrımları, eləcə də axşam makiyajı verilib. Çəkilişlər modelin əri ilə birlikdə yay üçün villa kirayəyə götürdüyü İtaliyada baş tutub. Abunəçilər sinələri açıq olan Hantinqton-Uaytli obrazını müzakirə etməyə başlayıblar. Onların fikrincə, o, qəşəng, lakin "çox açıq" görünüb.
Model özündən 20 yaş böyük Ceyson Steytham ilə sevgilidir. Onlar 2010-cu ildə Coachella musiqi festivalında tanış olublar və demək olar ki, dərhal görüşməyə başlayıblar. 2016-cı ilin yanvar ayında aktyor və model nişanlandıqlarını elan etdilər. 2017-ci ilin iyununda cütlüyün Cek Oskar adlı oğlu, 2022-ci ilin fevralında isə qızları İzabella Ceyms dünyaya gəlib. Avqustun əvvəlində Rozi Hantinqton-Uaytli övladları böyüdükdən sonra Ceyson Steytham ilə evlənməyi planlaşdırdığını söyləyib.
Nilay