İDMAN ÖZ XƏBƏR

Rusiyalı futbolçular Estoniyaya buraxılmayıb

Ermənistanın “Urartu” klubunun rusiyalı futbolçuları yerli “Kalev”lə Konfrans Liqasının seçmə mərhələsinin ilk tur matçına Estoniyaya daxil olmaq üçün viza ala bilməyiblər.

32gun.az bildirir ki, bu barədə Ermənistan klubunun baş məşqçisi Dmitri Qunko komandanın YouTube kanalında danışıb.

“Onlar, klub və hamımız son ana qədər daxil olmaq üçün icazə alacaqlarını gözləyirdik. Oyunda bir nəfər də olsun futbolçu iştirak etməyəcək”, - deyə Günko bildirib.

Kalev - Urartu görüşü 1:1 hesabı ilə başa çatıb. Cavab oyunu iyulun 18-də baş tutacaq.

Rusiya millisi 2024-cü il Avropa çempionatında iştirak edə bilmədi, çünki 2022-ci ildən milli komanda və Rusiya klubları Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) və Beynəlxalq Futbol Federasiyasının (FİFA) himayəsi altında keçirilən turnirlərdən uzaqlaşdırılıb. 

Ayxan 

Oxşar Xəbərlər