Səudiyyə Ərəbistanının "Əl-Nasr" futbol klubu portuqaliyalı hücumçu Kriştiano Ronaldo ilə müqaviləni uzatmaq üçün danışıqlara başlayıb.
32gun.az bildirir ki, bu barədə" Give Me Sport" jurnalisti Ben Ceykobs danışıb.
Hazırda danışıqlar ilkin mərhələdədir. Futbolçunun hazırkı müqaviləsi 2025-ci ilə qədərdir.
2 yanvar 2023-cü ildə Ronaldo ildə 200 milyon avro aldığı müqaviləyə əsasən Səudiyyə Ərəbistanından "Əl-Nasr"ın oyunçusu oldu. Portuqaliyalı və ailəsi üçün əlavə bonuslar da bildirildi. Portuqaliyalı hücumçu komandanın baş məşqçisi Erik ten Haqla yaşanan gərginliyə görə “Mançester Yunayted”lə müqaviləsini pozduqdan sonra Səudiyyə Ərəbistanından kluba keçib.
Nilay