MƏDƏNİYYƏT - ŞOU ÖZ XƏBƏR

Rusiyalı aktyor Ksenyuk dünyasını dəyişib

Rusiyalı aktyor Andrey Ksenyuk 66 yaşında vəfat edib. 

32gun.az bildirir ki, bu barədə Norilsk Polar Dram Teatrının mətbuat xidməti məlumat yayıb.

Aktyor 1958-ci ildə Norilsk şəhərində anadan olub . 1981-ci ildə Krasnoyarsk İncəsənət Texnikumunu bitirib.

Ksenyuk debütünü Lev Tolstoyun əsəri əsasında “Şeytanları əsəbləşdirən İvan Axmaq nağılı”nda etdi . O, həmçinin “Əsgər İvan Çonkin təyyarəni necə qorudu” tamaşasındakı Adolf Hitler rolu ilə də tanınır. O, həmçinin “Ardennes meşəsinin nağılı”, “Pollyanna” və digər tamaşalarda iştirak edib. Ümumilikdə aktyorun yüzdən çox rolu var.

İyulun 19-da amerikalı aktyor və komediya ustası Corc Robert "Bob" Nyuhartın qısa sürən xəstəlikdən sonra 94 yaşında vəfat etdiyi bildirilir.

Ayxan 

 

Oxşar Xəbərlər