İDMAN ÖZ XƏBƏR

FİFA Fələstinin tələbi ilə İsrailin fəaliyyətini dayandırmasını təxirə salıb

Beynəlxalq Futbol Federasiyası ( FİFA ) Qəzza zolağında hərbi əməliyyatlar nəticəsində təşkilatın nizamnaməsini pozduğuna görə İsraili bütün yarışlardan kənarlaşdırmayıb. 

32gun.az ESPN-ə istinadən bildirir ki, Fələstin Futbol Assosiasiyası (PFA) 2024-cü ilin mayında İsraili diskvalifikasiya etmək təklifi ilə çıxış edib. Mənbənin sözlərinə görə, FİFA bu məsələni 31 avqust 2024-cü ilə qədər təxirə salmaq qərarına gəlib və bununla da israilli futbolçuların Parisdəki Olimpiya turnirində mübarizə aparmasına icazə verib.

Fələstinlə yanaşı , Asiya Futbol Konfederasiyası da İsrailə qarşı şikayəti dəstəkləyib.

Millətlər Liqasının 2024/25 mövsümündə İsrail Belçika , İtaliya və Fransa milli komandaları ilə birlikdə A Liqasının ikinci qrupunda çıxış edəcək .

2022-ci ilin yazında FİFA və Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) Rusiya milli komandasının , eləcə də bütün Rusiya klublarının bu təşkilatların nəzarətində olan bütün yarışlarda iştirakını dayandırmaq qərarına gəlib.

Ayxan 

Oxşar Xəbərlər