2020-ci ilin Olimpiya çempionu, alman tennisçi Aleksandr Zverev Olimpiadada iştirakın prestij məsələsi olduğunu deyib.
32gun.az bildirir ki, bu barədə "TennisUpToDate" xəbər verib.
“Bu, pul deyil, prestij məsələsidir. Hər şey məhz buna görədir ki, ölkəniz üçün oxşar turnirlər və medallar qazanasınız. Mən heç vaxt olimpiadadansa 500 seriyalı turniri seçməzdim”, - Zverev deyib.
2022-ci il fevralın sonunda Beynəlxalq Olimpiya Komitəsi beynəlxalq idman federasiyalarına müraciət edərək, Rusiya və Belarus idmançılarını heç bir yarışa buraxmamağı tövsiyə edib. 2023-cü ilin sonunda təşkilat rus və belarusların 2024-cü il Olimpiya Oyunlarına neytral idmançı kimi qəbul edilməsi barədə qərar qəbul edib. İştirak etmək üçün onlar bir sıra tələbləri yerinə yetirməli və vəsiqə qazanmalı idilər.
İyulun 18-də BOK 2024-cü il Olimpiya Oyunlarına buraxılmış rusiyalı idmançıların tam siyahısını dərc edib. Cəmi - 15 nəfər...
Ayxan