İDMAN ÖZ XƏBƏR

"Onun lider olub-olmayacağını söyləmək çətindir"

Moskvanın "Spartak" klubunun keçmiş futbolçusu Valeri Qladilin komandaya yeni gələn Ezekiel Barkonun Quincy Promesi əvəz edə biləcəyinə əmin olmadığını bildirib. 

32gun.az bildirir ki, Sport-Express xəbər verib. 

“Bunlar fərqli oyunçulardır. Barko orta xətt oyunçusudur, lakin onun hücum funksiyası var. Promes lider oyunçu idi və lider oldu. Barkonun lider ola biləcəyini söyləmək çətindir”, - Qladilin bildirib.

Ötən mövsüm yarımmüdafiəçi "River Pleyt"in heyətində bütün yarışlarda 28 oyun keçirib. Bu görüşlərdə o, iki qol vurub və yeddi məhsuldar ötürmə edib. Barko Argentina U20 və U23 milli komandalarına çağırılıb və olimpiya millisində üç oyun keçirib.

RPL-in ilk turu çərçivəsində keçirilən “Spartak” – “Orenburq” oyunu iyulun 21-də Orenburqda “Qazovik” stadionunda keçirilib və meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Növbəti mərhələdə “Spartak” Moskva yaxınlığında “Ximki” ilə səfərdə oynayacaq. Oyun iyulun 28-də “Arena Ximki” stadionunda keçiriləcək, start fiti Moskva vaxtı ilə saat 15:00-da çalınacaq.

Ayxan 

Oxşar Xəbərlər