Üzgüçülük üzrə dünya rekordçusu rusiyalı Yevgeniya Çikunova 2024-cü il Olimpiya Oyunlarının yayımında adının yanında Rusiya bayrağının görünməsinə münasibət bildirib.
32gun.az bildirir ki, onun açıqlamasını Match TV yayıb.
İdmançı bayrağı görməkdən məmnun olduğunu etiraf edib. "Amma bunun bir növ fərqli ola biləcəyini düşünmürdüm, rekord rəsmi olaraq təsdiqləndi" Çikunova deyib.
Yarışlar başlamazdan əvvəl yayımda cari dünya və olimpiya rekordları göstərilir. Qadınların 200 metr məsafəyə brass üsulu ilə üzmə yarışı başlayanda ekranlarda Yevgeniya Çikunova və Rusiya bayrağı ilə cərgə göründü . Üzgüçü bu məsafədə dünya rekordçusudur (2 dəqiqə 17,55 saniyə).
Çikunova neytral statusda Parisdə keçiriləcək Olimpiya Oyunlarına getməkdən imtina edib . O, ruslar üçün müəyyən edilmiş qəbul meyarlarını qəbuledilməz adlandırıb.
Nilay