2023-cü il dünya çempionatında gender testindən keçə bilməyən tayvanlı boksçu Lin Yutinq Olimpiya turnirində Özbəkistan təmsilçisi Sitora Turdibekovanı məğlub edib.
32gun.az bildirir ki, görüş 5:0 hesabı ilə başa çatıb. Yutinq olimpiya turnirində 1/4 finala yüksəlib və medallar uğrunda mübarizəni davam etdirir.
Avqustun 1-də italiyalı boksçu Angela Karini 47-ci saniyədə əlcəzairli İman Xelifə qarşı döyüşünü davam etdirməkdən imtina etdi . Onun sözlərinə görə, rəqibi tərəfindən vurulandan sonra burnunda şiddətli ağrılar hiss edib, müvazinətini itirib və nəfəs almaqda çətinlik çəkib. Avqustun 2-də Karini idman karyerasını bitirdiyini elan etdi. Xelif 2023-cü ildə gender testindən də keçə bilməyib.
Nilay