2024-cü il Olimpiadasının israilli rəqibi Anastasiya Qorbenko Beynəlxalq Olimpiya Komitəsinin (IOC) ev sahibliyi etdiyi şam yeməyinə getdiyi üçün 200 metr məsafəyə qarışıq üzgüçülük üzrə final yarışında iştirak edə bilməyib.
32gun.az bildirir ki, bu barədə "Ynetnews" yazıb.
Qorbenko təsnifat mərhələsində doqquzuncu yeri tutdu, finala çıxmağa bir addım qaldı - səkkiz idmançı buna vəsiqə qazandı. İsrailli üzgüçü birinci ehtiyatda olub. Təsnifatdan sonra Qorbenko turnir təşkilatçılarından qaydalarda nəzərdə tutulduğu kimi avadanlıqlarını gözləmə zalına aparıb-götürməməli olduğunu soruşsa da, ona “yox” cavabı verilib.
Lakin səkkiz üzgüçüdən biri, Avstraliyanı təmsil edən Ella Remsi xəstəliyi səbəbindən finalda iştirakdan imtina etdi. Onu üzməyə 25 dəqiqə qalmış, artıq BOK-un təşkil etdiyi şam yeməyinə gedərkən zəng alan Qorbenko əvəz etməli idi.
Təşkilatçıların bu davranışı İsrail komandasını hiddətləndirib və onlar Qorbenkonun belə gec çağırışa görə starta çıxmayacağını açıqlayıblar. O, ikinci ehtiyatla əvəz edilməli idi, lakin o da starta çıxa bilmədi. Beləliklə, yeddi idmançı arasında medallar oynanılıb.
Ayxan