İsveç yığmasını təmsil edən üzgüçü Viktor Yohansson Senadakı suyun keyfiyyətinə görə Olimpiadada 10 km üzgüçülük yarışından geri çəkilib.
32gun.az bildirir ki, Dagens Nyheter xəbər verib.
“Biz tibbi qərargahın tövsiyələrini öyrəndik və iştirak etməmək qərarına gəldik. Düşünmürəm ki, Sena çayından bir qurtum su içməyə razılaşan çox adam var " Yohansson deyib.
Bundan əvvəl açıq suda 10 km məsafəyə üzgüçülük üzrə ilk ikiqat Olimpiya çempionu, hollandiyalı üzgüçü Şaron van Rauvendaal Sena boyunca üzərkən çay suyu içdiyini etiraf etmişdi .
Avqustun 5-də məlum olub ki, iki isveçrəli idmançı Adrien Briffault və Simon Westermann qarışıq triatlon estafetindən geri çəkiliblər. İyulun 31-də Briffault fərdi triatlonda yarışıb və 49-cu yerdə başa çatıb. İdmançı mədəsində problem olduğu üçün növbəti yarışda iştirakdan imtina etmək məcburiyyətində qalıb. Bildirilib ki, idmançı Senadan su içib və bu, çox güman ki, infeksiyaya səbəb olub. Vestermann Briffonu əvəz etməli idi, lakin bağırsaq infeksiyası səbəbindən estafetdən də çəkilib.
Ayxan