Oğlunun ölümündən 20 gün sonra səhnəyə qayıtdı - Tənqid olundu
Türkiyənin önəmli vokal sənətçilərindən olan, Safiye Soymanın illərdir MS xəstəliyi ilə mübarizə aparan oğlu Harun Akaröz 20 gün əvvəl dünyasını dəyişib.
32gun.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Oğlunun ölümü ilə məyus olan Soyman sağalmaq üçün səhnəyə qayıtmaq qərarına gəlib. Məşhurun bu qərarı sosial mediada reaksiyaya səbəb olub.
Oğlunun ağrısından pərişan olan Safiye Soyman Harunun ölümündən 20 gün sonra səhnəyə qayıdıb. Soyman dedi ki, oğlum həmişə səhnədə olmağımı istəyirdi... Biz sənətçilərə səhnə heç vaxt bağlana bilməz.

Xatırladaq ki, Gecə saatlarında halı pisləşərək xəstəxanaya aparılan Akarözü tənəffüs çatışmazlığı şikayəti ilə aparıldığı xəstəxanada edilən bütün müdaxilələrə baxmayaraq xilas etmək mümkün olmayıb.
Nilay