İDMAN ÖZ XƏBƏR

TASS jurnalistlərinin Paralimpiya Oyunlarından kənarlaşdırılması siyasi qərəzlidir - Zaxarova

Rusiya Paralimpiya Təşkilat Komitəsinin TASS müxbirlərinin akkreditasiyasını geri götürməsini siyasi qərəzliliyin təzahürü kimi qiymətləndirir.

32gun.az bildirir ki, bunu avqustun 20-də Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib . “İdman rəsmiləri öz hərəkətləri ilə nəinki “siyasətdən kənar idman” prinsipinin əhəmiyyətini aşağı salmaqda davam edirlər, həm də əsas insan hüquq və azadlıqlarını, o cümlədən informasiyaya maneəsiz çıxış və ifadə azadlığı hüququnu kobud şəkildə pozurlar”. Bu barədə diplomat departamentin saytında dərc olunmuş bəyanatında bildirib. O xatırladıb ki, akkreditasiyadan imtina təcrübəsi 2024-cü ildə Fransada keçirilən Olimpiadada Rusiya KİV-lərinin əməkdaşlarına tətbiq edilib. Zaxarova əlavə edib ki, jurnalistlərin “məqbul” və “arzuolunmaz”lara bölündüyü bir dövlətdə hər hansı media plüralizmindən və söz azadlığından söhbət gedə bilməz.

Əvvəlcə Paralimpiya Oyunlarının Təşkilat Komitəsi rusiyalı jurnalistlərin akkreditasiyasını təsdiqləsə də, nəticədə heç bir izahat vermədən onları ləğv edib.

Xatırladaq ki, avqustun 15-də Parisdə keçiriləcək Paralimpiya Oyunlarında 90 rusiyalı idmançının iştirak edəcəyi məlum olub . İdmançılar neytral bayraq altında yarışacaqlar.

Fransa paytaxtında Paralimpiya Oyunları avqustun 28-dən sentyabrın 8-dək keçiriləcək. Rusiyadan atletlər atletika, üzgüçülük, stolüstü tennis, triatlon və taekvondoda iştirak edirlər.

Nilay 

Oxşar Xəbərlər