MƏDƏNİYYƏT - ŞOU ÖZ XƏBƏR

Mahsun Kırmızıgül ETİRAZ ETDİ - Nazirə səsləndi

Mahsun Kırmızıgül sosial şəbəkədə yay saatı tətbiqinə reaksiya verib.

32gun.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, uşaqların qaranlıqda məktəbə getməli olduğuna diqqət çəkən məşhur sənətçi bu vəziyyətdən ailələrin və müəllimlərin mənfi təsirləndiyini bildirib. Kırmızıgül Enerji və Təbii Sərvətlər naziri Alparslan Bayraktara zəng edərək, 'Cəmiyyətin səsinə qulaq asın' deyib.

Enerjivə təbii sərvətlər naziri Alparslan Bayraktar xiyab edərək Kırmızıgül bunları yazıb:

"Hörmətli energetika nazirimizə və aidiyyatı qurumlara çağırışım budur: Siz bu yanlış təcrübəyə son verə bilərsiniz. Xahiş edirəm cəmiyyətin səsinə qulaq asın və bu səhvi dayandırın".

Məşhurun  bu paylaşımı qısa zamanda sosial mediada geniş əks-səda doğurub.

 

Oxşar Xəbərlər