MƏDƏNİYYƏT - ŞOU ÖZ XƏBƏR

Məşhur aktyorun sevgilisi 10 minlərlə dollar dəyərində olan brilyantlarla poza verib /FOTO

Ceyson Steythamın sevgilisi, model Rozi Hantinqton-Uaytli korset və brilyant zinət əşyaları ilə poza verib.

32gun.az xarici KİV-ə istinadən xəbər verir ki, o,  şəkilləri İnstaqramda paylaşıb. 

Rozi Hantinqton-Uaytli qara korsetdə  poza verib. Model üzərində bir neçə qutu Tiffany & Co-nun zinət əşyaları olan stolun arxasında əyləşib. Əllərində və boynunda bir neçə milyon rubl dəyərində brilyant qaşlı bilərziklər və boyunbağılar vardı. Modeldə məhsulların tam dəsti, eləcə də onların hazırlandığı material göstərilmədiyi üçün zinət əşyalarının dəqiq qiyməti məlum deyil.

Qeyd edək ki, Rozi Hantinqton-Uaytli özündən 20 yaş böyük Ceyson Stethamla münasibətdədir. Onlar 2010-cu ildə Coachella musiqi festivalında tanış olublar və demək olar ki, dərhal görüşməyə başlayıblar. 2016-cı ilin yanvar ayında aktyor və model nişanlandıqlarını elan etdilər. 2017-ci ilin iyununda cütlüyün Cek Oskar adlı oğlu, 2022-ci ilin fevralında isə qızları İzabella Ceyms dünyaya gəlib. Avqustun əvvəlində Rozi Hantinqton-Uaytli övladları böyüdükdən sonra Jason Statham ilə evlənməyi planlaşdırdığını söyləyib. 

Nilay 

Oxşar Xəbərlər