Bu məşhur Rusiya ordusunu gözdən salmaqda ittiham olunur - Görün kimdir
Sankt-Peterburqun Krasnoqvardeyski Rayon Məhkəməsi Rusiya ordusunu gözdən salmaqda ittiham olunan “Kral və Kloun” qrupunun həmtəsisçilərindən biri, 51 yaşlı Aleksandra Balunovaya qarşı inzibati işi qəbul edib.
32gun.az Rusiya mediasına istinadən xəbər verir ki, materiallar dekabrın 16-da məhkəməyə daxil olub, iclas dekabrın 28-nə təyin edilib.
RBC-nin məlumatına görə, musiqiçi bu ilin yayında və payızında Telegram kanalında dərc olunan beş yazıya görə diqqət çəkib. Balunov dəfələrlə Ukraynaya dəstək mesajları dərc edib. Musiqiçinin günahı sübuta yetirilərsə, onu 50 min rubla qədər cərimə gözləyir.
Balunov keçmiş basçı və “Korol i Şut” pank qrupunun yaradıcılarından biridir, həmçinin qrup və onun üzvləri haqqında kitabların müəllifidir.
Nilay
.
.
.