MƏDƏNİYYƏT - ŞOU
ÖZ XƏBƏR
Məşhur bəstəkar vəfat edib
Sovet və rus bəstəkarı, musiqiçi, prodüser və rəssam Mixail Çekalin uzun sürən xəstəlikdən sonra 66 yaşında vəfat edib.
32gun.az bildirir ki, bu barədə Çekalinin dostları VKontakte sosial şəbəkəsindəki qrupunda yazıblar.
Bəstəkar dekabrın 28-də xəstəxanada dünyasını dəyişib.
Bildirilir ki, bəstəkar Mixail Çekalin uzun sürən xəstəlikdən sonra 66 yaşında vəfat edib. Uzun müddət idi ki, evdən çıxa bilmirdi. Və hətta pensiya almaq üçün məhkəməyə müraciət etməli olub.
Çekalin bədii filmlər, televiziya, sənədli filmlər və animasiya filmləri, həmçinin teatr və balet üçün musiqi yazıb. Əhəmiyyətli layihələrdən biri İqor Bobrinin "20-ci əsr" buz baleti üçün musiqi olub.
Çekalin 40-dan çox musiqi albomunun müəllifidir.
Ayxan