MƏDƏNİYYƏT - ŞOU ÖZ XƏBƏR

Məşhur aktyorun həyat yoldaşı aliment tələbini geri çəkib

Rusiyalı aktor Vladimir Selivanovun həyat yoldaşı Aleksandra Kalmykkova, onların  oğlu üçün aliment tələb etdiyi məhkəmə iddiasını geri götürüb.

32gun.az bildirir ki, bu barədə "Super" nəşri məlumat yayıb.

2023-cü ilin noyabrında açılmış aliment işinə artıq xitam verilib. İddiaya görə, Kalmykkova məhkəməyə alimentlərin Selivanovun ilk evliliyindən olan qızı üçün ayrılan məbləği azaltmaq məqsədilə müraciət etmişdi. Lakin Aleksandra sonradan ərizəsini geri çəkmək qərarına gəlib.

Xatırladaq ki, 2023-cü ildə Vladimir Selivanovun Viktoriya Markinadan ayrılaraq bloger Aleksandra Kalmykkova ilə münasibət qurduğu məlum olmuşdu. Aktyor, Kalmykkova ilə romanının rəsmi boşanmadan əvvəl başladığını açıqlamış və bu addımdan peşman olmadığını vurğulamışdı.

2024-cü ilin aprelində Selivanov ikinci dəfə ata olub. Cütlüyün oğlu dünyaya gəlib və ona Kiril adı verilib. Aktyor, Kalmykkovanın əvvəlki nikahdan olan uşaqları – Sofya və Daniil ilə birlikdə altı nəfərlik böyük bir ailəyə sahib olduqlarına görə sevindiyini bildirib.

Bundan əlavə, Selivanovun keçmiş həyat yoldaşı Viktoriya Markina aktyorun qızı üçün aylıq 800 min rubl aliment tələb edən məhkəmə iddiası qaldırıb. O, 700 min rubl aliment, 100 min rubl isə uşağın dərnəklər üçün əlavə xərclərini ödəməyi tələb edir.

Nilay 

Oxşar Xəbərlər