Mel Gibson Trampdan iqamətgah alıb-almayacağını soruşub
Xəbər verildiyi kimi, Mel Gibson Donald Trump tərəfindən Hollivud üzrə xüsusi elçi təyin edilib.
32gun.az xəbər verir ki, aktyor və rejissor Mel Gibson Variety jurnalına müsahibəsində, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trump tərəfindən Hollivud üzrə xüsusi elçi təyin edildiyini eşidəndə digər insanlar qədər təəccübləndiyini bildirib. Zarafatla qeyd edib ki, bu vəzifəyə görə ona yaşayış yeri də verilə bilər.
"Nə olursa-olsun, mən çağırışı qəbul etdim. Vətəndaş kimi vəzifəm, mümkün olan hər cür kömək və məsləhətləri verməkdir. Yeri gəlmişkən, səfir vəzifəsi ilə yaşayış yeri almaq şansı varmı?" — deyə Gibson qeyd edib.
Yanvar ayında aktyorun evi Los-Ancelesin bir neçə bölgəsini dağıdan yanğında məhv olub. Gibson bu hadisəni İkinci Dünya Müharibəsi zamanı Drezdenin bombalanmasına bənzədib.
16 yanvarda Donald Trump "Hollivudu işığa qaytaracağına" söz verərək, üç aktyoru — Mel Gibson, Con Voit və Silvestr Stallonenin — ABŞ kino sənayesinin paytaxtında öz elçiləri təyin etdiyini elan edib. Bu üçlük arasında ən gənci Gibsondur — onun 69 yaşı var.
Ayxan