Məşhur reper Eyfel qülləsinin qarşısında sevgilisi ilə əl-ələ poza verib
Reper Timati və model sevgilisi Valentina Ivanova Parisdəki Eyfel qülləsinin müşahidə platformasında şəkil çəkdiriblər.
32gun.az xəbər verir ki, Cütlük əl-ələ tutaraq pilləkənləri qalxıb və romantik anlar yaşayıblar. Timati qara palto və beret geyinib, Valentina Ivanova isə cins şalvar, palto və şapka ilə poz verib.
Əvvəllər Timati, uşaqları ilə birlikdə Parisdəki Disneyland-a getdiyi üçün tənqid edilmişdi.
Timati heç vaxt evlənməyib, amma keçmiş münasibətlərindən iki uşağı var. 2014-cü ildə model Alena Şişkova ilə qızı Alisa, 2019-cu ildə isə bloqer Anastasiya Reşetova ilə oğlu Ratmir dünyaya gəlib.
Dekabr 2024-cü ildə Timati, Valentina Ivanova ilə evlənəcəyi barədə şayiələrə səbəb olub. Rapçi, müxtəlif mənzərələr fonunda – dağlarda, dənizdə, Arktikada, kanyonda və cəngəlliklərdə – neyrosistem tərəfindən çəkilmiş bir video paylaşmışdı. Müğənniyə görə, həyat yoldaşı bu cür istirahəti onun üçün ən uyğun hesab edir.
Ayxan