Boşandıqdan sonra ilk dəfə qızı ilə ictimaiyyət arasında görüntülənib
Cessika Alba boşanma xəbərindən sonra qızı ilə Nyu-Yorka yollandı
Hollivud ulduzu Cessika Alba boşanma xəbərindən sonra 16 yaşlı qızı Honor ilə birlikdə Nyu-Yorka uçub.
32gun.az Daily Mail-ə istinadən xəbər verir ki, aktrisa Nyu-York hava limanında paparassilərin diqqətindən qaça bilməyib. Alba uzunsov dama-dama palto, kepka və qara gün eynəyi geyinmişdi. Onun obrazını Celine və Christian Dior çantaları tamamlayıb.
Dekabr ayının sonunda Cessika Albanın əri Kaş Uorren ilə boşandığı ilə bağlı ilk şayiələr yayılmışdı. Aktrisanın barmağında nişan üzüyünün olmaması bu iddiaları gücləndirmişdi. Nəhayət, 16 yanvarda Alba rəsmi şəkildə boşandıqlarını açıqlayıb.
Cütlük 2004-cü ildən birlikdə idi və "Fantastik Dördlük" filminin çəkilişləri zamanı tanış olmuşdu. Onların üç övladı var: 16 yaşlı Honor Mari, 13 yaşlı Haven Qarner və 6 yaşlı Hays.
Cessika Alba öncəki müsahibələrində formada qalmaq üçün ciddi pəhriz saxladığını və məşqlərini heç vaxt laqeyd qoymadığını bildirib. O, bəzən idman zalına gedə bilməsə də, evdə məşqləri davam etdirir və həmişə öz üzərində işləməyə çalışır.
Nilay