MƏDƏNİYYƏT - ŞOU ÖZ XƏBƏR

Ancelina Coli Pittdən boşandıqdan sonra oğlu Knoksla alış-veriş edərkən görüntülənib

Ancelina Coli oğlu Noksla alış-verişdə göründü

Hollivud ulduzu Ancelina Coli 16 yaşlı oğlu Noksla birlikdə Los-Felisdə alış-veriş edərkən görüntülənib.

32gun.az-ın Daily Mail-ə istinadən məlumatına görə, aktrisa uzun qara palto, baletkalar və gün eynəyi geyinmişdi. Noks isə üzərində xoruz şəkli olan ağ köynək, şort və idman ayaqqabısı ilə diqqət çəkirdi. Onlar marketdən ərzaq dolu araba çıxarırdılar.

Məlumdur ki, Ancelina Coli Kaliforniyada baş verən yanğınlardan zərər çəkmiş şəxsləri evində qəbul edib. Bir neçə gün öncə Coli oğlu Noks və qızı Vivienlə birlikdə şəhər sakinləri üçün ərzaq alarkən görüntülənmişdi.

Xatırladaq ki, Ancelina Coli və Bred Pittin altı övladı var: Madoks Şivan, Paks Tien və Noks Leon adlı oğulları, həmçinin Zaxara Marli, Şaylo Nuvel və Vivien Marşelin adlı qızları.

Dekabrın 31-də People nəşri aktyorların boşanma prosesini yekunlaşdırdığını xəbər verib. Onlar sənədləri dekabrın 30-da imzalayıblar.

Nilay 

.

.

 .

 .

.

.

 

Oxşar Xəbərlər