Məşhur aktrisanın ev sahibi ilə başı dərdədə! İcra təqibi başlanıldı.
Türkiyənin məşhur aktrisası Pelin Karahan, anası Seher Nural Koçyiğit üçün İstanbulun Beykoz rayonunda kiraladığı evin kira ödənişlərini etməməkdə ittiham edilib.
32gun.az Tuürkiyə mətbuatına istinadən xəbər verir ki, ev sahibi, kiracı və ev sahibi arasında baş verən mübahisələri mətbuata açıqlayıb.
Məlumata görə, Pelin Karahan anası üçün Beykozda bir ev kiralayıb və iki illik müqavilə imzalayıb. Lakin sonradan müqavilənin və imzaların etibarsız olduğu iddia edilib. Ev sahibi Batuhan bəy, beş aydır kira ödənişi almadığını və hüquqi addımlar atıldığını bildirib.
Ev sahibi Batuhan bəy açıqlamasında bunları qeyd edib: "Beykozda bir sitedən ev aldıq. Pelin Karahan anasına bu evi kiraladı. 2023-cü ildə çıxmaq üçün müqavilə imzaladılar, lakin sonra 'İmza bizim deyil, saxta imzadır' dedilər. 2023-cü ilin oktyabrında iddia qaldırıldı və hələ də davam edir. 2024-cü ilin oktyabrında ödəniş etmədilər. Hazırda icra təqibi başlanıb, amma heç bir cavab yoxdur. Evi boşaltmadıqları kimi, kira ödənişini də etmirlər. Belə bir zərər çəkirəm," deyə bildirib.
Nilay