DÜNYA

"Zelenskiyə zəng çatmır..." - Baş nazir onun öldürüləcəyindən narahatdır

İtaliyanın Baş naziri Mario Draqi Vladimir Zelenskinin bir saat yarım əvvəl onunla əlaqə saxlamalı olduğunu, lakin zəng etmək mümkün olmadığını bildirib.

Hökumət rəhbəri deyib: “Kiyevdə haradasa sığınıb. O, Ukraynanın artıq vaxtı olmadığını, özünün və ailəsinin Rusiya işğalçı qüvvələrinin hədəfində olduğunu deyib”.

Draqi əlavə edib: 

"Mənə səhər zəng etmişdi və biz saat 9.30-da telefon söhbət aparmaq barədə razılaşdıq, lakin söhbət qeyri-mümkün oldu, Zelenski artıq əhatə dairəsindən kənarda idi". (Yenisabah.az)

Oxşar Xəbərlər