MƏDƏNİYYƏT - ŞOU ÖZ XƏBƏR

Əfsanəvi rok qrupu 20 ildən sonra ilk dəfə yenidən bir araya gələcək

Əfsanəvi Black Sabbath qrupu iyulun 5-də doğulduğu Böyük Britaniyanın Birmingem şəhərində sonuncu konsertini keçirəcək. 

32gun.az bildirir ki, bu barədə Reuters məlumat yayıb.

Qrupun solisti Ozzi Osborn tədbirlə bağlı bildirib: “Doğulduğum yerə borcumu qaytarmağın vaxtıdır. Bunu sevdiyim insanlarla etmək məni inanılmaz dərəcədə xoşbəxt edir. Birmingem – həqiqi metalın vətənidir.”

Səhnəyə Ozzi Osborn, Toni Ayommi, Gizer Batler və Bill Uord çıxacaq. Qrup sonuncu dəfə tam heyətlə 2005-ci ildə çıxış etmişdi. Konsertdə “Paranoid”, “Iron Man” kimi məşhur hitlər ifa olunacaq.

1968-ci ildə yaradılan Black Sabbath heavy metal janrının əsasını qoyan qruplardan biri hesab olunur. Onların albom satışları 100 milyonu ötüb. Lakin 1995-ci ildən etibarən yeni albom buraxmayıblar.

Xatırladaq ki, 2024-cü ilin oktyabrında Ozzi Osborn səhhəti səbəbindən konsertlərdən imtina etdiyini açıqlamışdı. O, 2019-cu ildə keçirdiyi uğursuz əməliyyatdan sonra hərəkət etməkdə çətinlik çəkdiyini bildirmişdi.

Nilay 

Oxşar Xəbərlər