Məşhur bəstəkardan üzücü xəbər: Təcili olaraq xəstəxanaya çatdırılıb
Serial və film musiqisinin bəstəkarı Gökhan Kırdardan sevənlərinə kədərli xəbər gəlib. Kırdar ağciyərində problem olduğu üçün xəstəxanaya yerləşdirilib.
32gun.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Məşhur sosial media hesabında səhhətinin durumu ilə bağlı açıqlama verib.
Daxili qanaxma keçirdiyi deyilən Kırdar sosial media hesabından bu açıqlamanı verib:
"Keçən cümə axşamı axşam sol ağciyərimdə baş verən daxili qanaxma və yaşadığım pnevmoniya səbəbindən bir müddət paylaşım edə bilmədiyim üçün üzr istəyirəm...
Yanğında itirdiyimiz övladlarımız və insanlarımız üçün də çox üzüldüm. Sağlamlıq dilədikləri üçün yaxınlarıma və pərəstişkarlarıma təşəkkür edirəm. Yenidən nəfəs ala bilmək çox gözəldir və inşallah, tezliklə yenidən qovuşarıq".
Nilay