Daha bir serial reytinq qurbanı oldu
Baş rollarında İsmail Hacıoğlu, Simay Barlas, Aytaç Şaşmaz və Burcu Cavrarın yer aldığı "Sen Ağlama İstanbul" serialı ekranlarla vidalaşır.
32gun.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İranın "Şeherazade" serialından uyğunlaşdırılan "Sen aglama Istanbul" iddialı aktyor heyəti ilə mövsümə böyük ümidlərlə başlamışdı.
Çərşənbə axşamı axşamları yayımlanan serial güclü rəqibləri qarşısında gözlənilən reytinqə çata bilməyincə, prodüser şirkəti komandaya finalın 8-ci bölümdə ediləcəyini bildirdi.
Keçən həftə gününü dəyişməyə qərar verən serial şənbə axşamı 8-ci bölümü ilə ekranlarda idi.
Kanal yeni günündə serialın reytinq performansına da son nəzər salmaq istədiyi üçün son bölümün treylerinde final ifadəsi işlədilməyib.
Serialın 8-ci bölümü yaxşı reytinq almayanda komandaya "Təəssüf ki, serialımız 8-ci bölüm kimi bitdi. Hər kəsə zəhməti üçün təşəkkür edirik" mesajı göndərilib.
Nilay