MƏDƏNİYYƏT - ŞOU
ÖZ XƏBƏR
Məşhur müğənni tərzini dəyişdi
Məşhur müğənni Sibel Can 5 illik fasilədən sonra karyerasının 24-cü albomu olan "Drama"nı çıxarıb.
32gun.az Türkiyə mediasına istinadən bildirir ki, Sosial şəbəkədəki hesabında yeni albomunu təqdim edən Can imicini dəyişərək saçlarını sarıya boyayıb. 55 yaşlı Canın yeni imici sosial mediada trend mövzusuna çevrilib.
Sibel Canın karyerasının 24-cü albomu olan Drama, ümumilikdə 12 mahnıdan ibarətdir. Albom 14 fevral 2025-ci ildə musiqisevərlərlə görüşüb.

Bəzi pərəstişkarları sarı saçları Sibel Cana yaraşdırsa da, bəzi pərəstişkarları onu tünd saçlı görmək istədiklərini bildiriblər.
Ayxan