MƏDƏNİYYƏT - ŞOU ÖZ XƏBƏR

Modyerin dul arvadı iki ildən sonra əri üçün darıxdığını etiraf edib

Marina Yudaşkina mərhum həyat yoldaşı Valentin Yudaşkinin anım günündə paylaşım etdi

Rusiyalı məşhur modelyer Valentin Yudaşkinin həyat yoldaşı Marina Yudaşkina, həyat yoldaşının vəfatının ikinci ildönümündə ona həsr olunmuş emosional paylaşım edib.

32gun.az bildirir ki, o Instagram sosial şəbəkəsində yazıb:

“Zaman necə də sürətlə keçir! Artıq iki ildir ki, sən bizimlə deyilsən. Səni çox darıxırıq! Sən bizə necə də çox çatışmırsan!”

Marina Yudaşkinanın paylaşımına tanınmış rusiyalı sənətçilər də dəstək veriblər. Onların arasında müğənnilər Nataşa Korolyova, Anjelika Aqurbaş, bəstəkar İqor Krutoy, aktyor Mark Tişman və aktrisa Yekaterina Strijenova da var.

Valentin Yudaşkin 2 may 2023-cü ildə, uzun sürən onkoloji xəstəlik səbəbilə vəfat etmişdi. O, 2016-cı ildən xərçənglə mübarizə aparırdı və 60 yaşını qeyd etməyə beş ay qalmış dünyasını dəyişmişdi.

Aprel ayında Marina Yudaşkina bildirmişdi ki, həyat yoldaşı ilə vida mərasimində Alla Puqaçovanın iştirak etməsi onu çox təsirləndirib. Marina qeyd edib ki, Puqaçova uçuş qorxusuna və bilet almaqda çətinliklərə baxmayaraq, Rusiyaya gəlmişdi. Yudaşkinaların Puqaçova ilə tanışlığı da məhz sənətkarın təşəbbüsü ilə baş tutmuşdu.

Nilay 

Oxşar Xəbərlər