DİGƏR ÖZ XƏBƏR

Cinayətkarın simasını DNT əsasında bərpa etmək mümkün oldu

Çin alimləri yalnız DNT məlumatları əsasında insan üzünün 3D modelini yaradan texnologiya təqdim etdilər

Çin alimləri insanın genetik məlumatlarından istifadə etməklə onun üzünün üçölçülü görüntüsünü yarada bilən yeni bir modeli təqdim ediblər. Difface adlandırılan bu texnologiya haqqında məqalə Advanced Science jurnalında dərc olunub.

Difface texnologiyası DNT-dəki fərdi nukleotid dəyişikliklərini təhlil edir və onları insan üzünün 3D nöqtə buludları ilə müqayisə edir. Tədqiqat han xalqından olan 9 674 nəfərin genetik və 3D görüntüləri əsasında aparılıb və sistem yüksək dəqiqliklə nəticə verib. Yaş, cins və bədən kütlə indeksi kimi əlavə parametrlərin nəzərə alınması nəticələrin daha da yaxşılaşmasına səbəb olub.

Tədqiqat müəlliflərindən biri, Çin Elmlər Akademiyasının alimi Luonan Çenin sözlərinə görə, Difface təkcə DNT əsasında insanın üz cizgilərini deyil, gələcəkdə necə görünəcəyini də proqnozlaşdıra bilir.

Bu texnologiya xüsusilə kriminalistikada — hadisə yerində qalan genetik izlər əsasında şəxsiyyətin müəyyənləşdirilməsində — istifadə oluna bilər.

Nilay 

Oxşar Xəbərlər