KRİMİNAL
Daşkəsəndə gənc oğlan qətlə yetirildi
Daşkəsəndə 21 yaşlı oğlan bıçaqlanıb.
"32gun.az"ın məlumatına görə, hadisə rayonun Xoşbulaq kəndi ərazisində baş verib.
Belə ki, 2004-cü il təvəllüdlü İ.Məmmədov kəsilmiş-deşilmiş bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Gənc oğlan xəstəxanada əməliyyat zamanı dünyasını dəyişib.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Onun hansı şəraitdə bıçaqlanması məlum deyil.
Fakt araşdırılır. Unikal.