DÜNYA

"Ukrayna ordusu Donbasdan çıxmayacaq!" - Zelenski Trampa qarşı çıxdı

Ukrayna prezidenti Volodimir Zelenski amerikalı həmkarı Donald Tramp və Qərb liderləri ilə söhbətində Ukrayna Silahlı Qüvvələrinin Donbassdan çıxarılmasını istisna edib".

"Unikal" xəbər verir ki, bu  barədə “Reuters”  agentliyi məlumat dərc edib. 

"Zelenski sülh razılaşması müqabilində Donbası Rusiyaya verməkdən imtina etdi", - məlumatda qeyd olunub. 

Bundan əvvəl ABŞ prezidenti Donald Tramp Avropa liderləri ilə söhbətində bildirmişdi ki, bütün Donbasın Rusiya ərazisi kimi tanınması sülh sazişinin tezliklə əldə olunmasına kömək edəcək

****18:59

ABŞ prezidenti Donald Tramp Avropa liderləri ilə söhbətində bildirib ki, bütün Donbasın Rusiya ərazisi kimi tanınması sülh sazişinin tezliklə əldə olunmasına kömək edəcək.

"Unikal" xəbər verir ki,  bu barədə “The New York Times” yüksək rütbəli avropalı rəsmilərə istinadən yazır. 

“Tramp Avropa liderlərinə bildirib ki, o, Zelenski Donbasın qalan hissəsini Rusiyaya verməyə razılaşarsa, sülh sazişinin tezliklə əldə olunacağına inanır”, - məqalədə deyilir. 

Bundan əvvəl Avropa İttifaqı bəyan etmişdi ki, Ukrayna ərazisi ilə bağlı qərarları Kiyev özü verməlidir.

Oxşar Xəbərlər