DÜNYA

SOCAR-ın neft bazasındakı yanğından görüntülər - VİDEO

Xəbər verdiyimiz kimi, avqustun 18-nə keçən gecə ruslar növbəti dəfə SOCAR-ın Odessadakı neft terminallarına pilotsuz uçuş aparatları ilə zərbələr endirib.

"Unikal" xəbər verir ki, Ukrayna Baş prokurorunun keçmiş müavini Gündüz Məmmədov hadisənin təfərrüatlarını açıqlayıb. 

 G.Məmmədov bildirib ki, hücum SOCAR-ın neft terminallarına edilib. Məlumata görə, SOCAR 10 PUA-nın (Şahed -red.) hücumuna məruz qalıb.

İlkin məlumata görə, ölən və yaralanan yoxdur.

Zərbələr güclü yanğına səbəb olub və dizel yanacağı boru kəmərinə ziyan vurub, eləcə də çox sayda yanacaq çənləri sıradan çıxıb

-->

Oxşar Xəbərlər