DÜNYA

DƏHŞƏT: Sevgilisindən ayrılan gənc qız bilərəkdən paraşütünü açmadı

Təcrübəli paraşütçü Jade Damarell İngiltərədə 4600 metr hündürlükdən tullandıqdan sonra paraşütünü açmayaraq intihar edib.

Lent.az xəbər verir ki, istintaq onun ölümünü intihar kimi qiymətləndirib.

Aparılan araşdırmalardan sonra Damarellin qəsdən özünü öldürdüyü açıqlanıb. Bildirilib ki, Damarell ölümündən bir gecə əvvəl partnyoru ilə münasibətini bitirib.

Damarell ölümündən sonra istifadə olunmaq üçün telefonunun kilid ekranında təlimatlar qoyub. Onun telefonunda ailəsinə ünvanlanmış qeydlərdə üzrxahlıq, təşəkkür və maliyyə məlumatları yer alıb.

Oxşar Xəbərlər