ÖZ XƏBƏR

Əlisahib Abbasovun daha bir şirkəti həm qanun pozdu, həm də... /FOTO

"VERTAL DEN PROJECT" Məhdud Məsuliyyətli Cəmiyyəti vergi qanunvericiliyini pozub.

32gun.az xəbər verir ki, şirkət vergi orqanları tərəfindən riskli vergi ödəyicisi kimi qeyd olunub.

Əldə etdiyimiz digər əsas məlumata görə, şirkətin dövlətə 24111.33 AZN vergi borcu var. 

Hüquqi şəxsin qanuni təmsilçisi ƏLİSAHİB ABBASOV CAHANGİR  oğludur, nizamnamə kapitalı isə cəmi 100 manat təşkil edir. Şirkətin hüquqi ünvanı isə BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYONU, BİLƏCƏRİ ŞTQ, ABUZƏROV, ev.1, m.2-dir.

İnternet resurslarında araşdırmamız zamanı əldə etdiyimiz digər məlumata görə, sözügedən şirkətin qanuni təmsilçisi ƏLİSAHİB ABBASOV CAHANGİR   "Fortuna SL Project” MMC-nin də qanuni təmsilçisidir. Bu şirklət də həm riskli vergi ödəyicisi, həm də dövlətə borcu var -814081.5 AZN

Nilay 

Oxşar Xəbərlər