ÖZ XƏBƏR

“Mega Tekstil”in 221 min manat vergi borcu üzə çıxdı – 500 min AZN-dən çox cərimələnib / FOTO

 “MEGA TEXTİL” MMC-də Dövlət Vergi Xidməti (DVX) əməkdaşları tərəfindən yoxlama apaılıb.   

32gun.az-ın əldə etdiyi məlumata görə, aparılan səyyar vergi yoxlamaları nəticəsində şirkətə qarşı əlavə maliyyə öhdəlikləri müəyyən edilib. Belə ki, yoxlamaların nəticəsi olaraq 333.528,63 manat əlavə vergi166.764,36 manat maliyyə sanksiyası hesablanıb.

Şirkətin dövlət büdcəsinə hazırda 221.201,31 manat vergi borcu da var.

Məlumat üçün bildirək ki, şirkətin nizamnamə kapitalı cəmi 100 manat təşkil edir. Qanuni təmsilçisi Aqil İsmayılov Eldar oğlu, hüquqi ünvanı isə Sumqayıt şəhəri, Saray bağları, ev 4382 olaraq qeyd edilib.

Nilay

Oxşar Xəbərlər