ÖZ XƏBƏR

Vüqar Qurbanovun direktor təyin etdiyi Oktay Əmrullayev bu şirkətlə müqavilə bağladı  - Ölkədən valyuta çıxarmaqda ittiham olunurdu

Cəlilabad Rayon Mərkəzi Xəstəxanası tibbi avadanlıqlarının satınalınması üzrə keçirilən tenderin qalibi məlum olub.

32gun.az xəbər verir ki, bağlanmış müqavilənin ümumi dəyəri 53.041 AZN təşkil edir və qalib şirkət “VIVA MEDICAL GROUP” MMC-dir.

Müqaviləyə əsasən xəstəxanaya bir ədəd buxar sterilizatoru, üç ədəd çarpayıyanı monitor, üç perfusor, səkkiz yeni doğulmuş çarpayısı, bir paketləmə aparatı, bir kuvez, bir ultrasəs başlığı, bir ultrasəs cihazı, bir A-SCAN oftalmoloji cihazı və dörd peyvənd soyuducusu alınacaq. Avadanlıqlar xəstələrin diaqnostik və müalicə prosesində istifadə üçün nəzərdə tutulub və yüksək texniki göstəricilərə malikdir.

Qeyd edək ki, “VIVA MEDICAL GROUP” MMC-nin nizamnamə kapitalı 10.000 manat, qanuni təmsilçisi Pərviz İsgəndərsoy Nurəddin oğludur.

Xatırladaq ki, yerli mediada daha əvvəl yayılan məlumatlara görə, bu şirkət Azərbaycan iqtisadiyyatından valyuta çıxaran məşhur şirkətlər arasında yer alıb. 2022-ci ildə yayımlanan bir araşdırmada “VIVA MEDICAL GROUP” MMC də daxil olmaqla bir neçə şirkət iqtisadi fəaliyyət qaydalarını pozmaqda təqsirli bilinmişdi.

Avqustun sonlarında TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun müvafiq əmri ilə Oktay Əmənullayev Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının direktoru təyin olunub.

Ayaz

 

Oxşar Xəbərlər