Mingəçevirdə Yaşıllaşdırma İdarəsi 10 manatlıq MMC ilə 71 minlik müqavilə bağladı
Mingəçevir Şəhər Yaşıllaşdırma və Sanitar-Təmizlik İdarəsi tərəfindən malların alınması üzrə keçirilən tenderin qalibi "Qazıxanlı" Məhdud Məsuliyyətli Cəmiyyəti olub.
32gun.az xəbər verir ki, tərəflər arasında bağlanmış müqavilənin ümumi dəyəri 71.063,14 manat təşkil edir.
Məlumat üçün bildirək ki, "Qazıxanlı" MMC-nin nizamnamə kapitalı cəmi 10 manatdır. Şirkətin qanuni təmsilçisi isə Allahverdi Nəbiyev Vəli oğludur.
Müqavilə çərçivəsində idarəyə müxtəlif tikinti və təsərrüfat materiallarının alınması nəzərdə tutulur. Siyahıya armatur, dəmir list, aqlay yapışdırıcısı, vaqonka, kafel yapışdırıcısı, taxta, mismar, şrup və digər tikinti materialları daxildir.
Əldə edilən məlumatlara əsasən, alınacaq mallar arasında xüsusilə böyük həcmdə aqlay plitə (300 m²) və vaqonka (300 m²), həmçinin 250 ədəd dəmir uqalok, 200 metr armatur, 30 ədəd dəmir list, 5 m³ taxta və digər tikinti ləvazimatları var.
Ayaz