Dövlət Turizm Agentliyi Azərbaycan Turizm Bələdçiləri Assosiasiyası İctimai Birliyi ilə 118 min manatlıq müqavilə imzalayıb.
32gun.az xəbər verir ki, müqaviləyə əsasən, Qarabağ regionu üzrə turizm bələdçilərinin hazırlanması, sertifikatlaşdırılması, bölgə üzrə onlayn turizm bələdçisi şərh kitablarının hazırlanması həyata keçiriləcək. Bununla yanaşı, Bakı-Abşeron regionunda və ümumilikdə turizm bələdçiliyinin keyfiyyətinin artırılması üçün çin dilli bələdçilərin hazırlanması və sertifikatlaşdırılması da nəzərdə tutulub.
Qeyd edək ki, Agentliyə hazırda Fuad Nağıyev rəhbərlik edir. Martın 4-də Prezident İlham Əliyev məhz onun fəaliyyətində yol verdiyi nöqsanlara görə şiddətli töhmət elan etmişdi.
Ayaz