ÖZ XƏBƏR
Sədərəkdə park üçün layihələndirmə işləri: 167 min manatlıq müqavilə imzalandı
Sədərək Rayon İcra Hakimiyyəti Heydərabad qəsəbəsində yerləşən “Mədəniyyət və istirahət parkı”nda abadlıq, təmir-bərpa işlərinin layihələndirilməsi üçün satınalma həyata keçirib.
32gun.az xəbər verir ki, icra hakimiyyəti bu işlər üçün “HOUSE PROJECT” MMC ilə 167,501 manatlıq müqavilə imzalayıb.
Qalib şirkət barədə maraqlı məqam odur ki, onun nizamnamə kapitalı cəmi 10 manatdır. Hüquqi şəxs kimi dövlət reyestrinə daxil edilən MMC-nin qanuni təmsilçisi Nərgiz Ağayeva Qəzənfər qızı göstərilib.
Nilay