ÖZ XƏBƏR

İmişlidə 66 min manat manatlıq küçə işıqlandırılılır

 İmişli Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi küçələrin işıqlandırılması üçün mal-materialların alınması ilə bağlı satınalma həyata keçirib.

32gun.az xəbər verir ki, bu məqsədlə qurum “HANZA” MMC ilə 66 min 552 manatlıq müqavilə imzalayıb.

Müqaviləyə əsasən şirkət müxtəlif avadanlıq və materialların təchizatını həyata keçirəcək. Siyahıya bronza rəng üzük, böyük işıq dirəkləri üçün tökmə alüminium, elektrod, 250 vt-luq dəmir drossel, kondensator, müxtəlif ölçülü metal borular, sintetik kraska və antipas, maqnapusqatel, 3 metrlik park dirəkləri, mis və alüminium kabel, şlank kauçuk, izolent, zaman releləri, 250 vt-luq sodium lampalar və küçələr üçün nəzərdə tutulmuş elektrik şitləri daxildir.

Bu malların ümumilikdə 20-dən çox adda və müxtəlif həcmdə olduğu bildirilir.

Bildirək ki, qalib şirkətin nizamnamə kapitalı 50 manat, qanuni təmsilçisi AYHAN NƏSİROV ƏKBƏR oğludur. 

Ayaz

Oxşar Xəbərlər