SOSIAL ÖZ XƏBƏR

Qazaxda yeni yol 3 aya “dağıldı”! Milyonlar havaya sovruldu – Kim cavab verəcək? (FOTOLAR)

Qazax rayonu, Xanlıqlar istiqamətinə gedən avtomobil yolu cəmi 3 ay əvvəl təmir olunub, amma artıq sürücülər üçün ciddi təhlükə mənbəyinə çevrilib.

32gun.az xəbər verir ki, yolun müxtəlif hissələrində yamaq vurulub, asfalt örtüyü qüsurlarla doludur – milyonlarla vəsait sanki havaya sovrulub.

Mütəxəssislər bildirir ki, yolun bu vəziyyətə düşməsi tikinti zamanı standartlara əməl edilməməsinin açıq sübutudur.

İctimaiyyət haqlı olaraq soruşur:
– Bu vəsaitlər hara getdi?
– Məsuliyyət daşıyanlar haradadır?

Aidiyyəti qurumlardan tələb olunur: məsələ dərhal nəzarətə götürülsün, keyfiyyətsiz işlərə yol verənlər hesab versin, yol isə dayanıqlı və təhlükəsiz şəkildə bərpa olunsun.

Bu vəziyyət təkcə sürücülərin təhlükəsizliyini deyil, həm də dövlətin nüfuzunu sual altına qoyur. Xalqın vəsaiti ilə oynayanlar cavab verməlidir!

Xatırladaq ki, Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovdur.

Ayaz 

Oxşar Xəbərlər